Cocuq Mərcanlıya köç bu həftə başa çatacaq

Cocuq Mərcanlıya köç bu həftə başa çatacaq
  10 İyul 2017    Oxunub:3467
Bu günədək 30-a yaxın ailə Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə köçürülüb.

Bu barədə AzVision.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.
Komitə rəsmisi bildirib ki, bu həftə ərzində Cocuq Mərcanlı sakinlərinin köçürülməsi tam olaraq başa çatacaq.

Qeyd edək ki, Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cocuq-Mərcanlı   Cəbrayıl  





Xəbər lenti