"Azərbaycandan Türkiyəyə 6 milyard kubmetr qaz ixrac olunacaq"- Ərdoğan

"Azərbaycandan Türkiyəyə 6 milyard kubmetr qaz ixrac olunacaq"-
 Ərdoğan
  10 İyul 2017    Oxunub:1767
“Türkiyənin geosiyasi mövqeyi əhəmiyyətli bir nöqtədədir. Tranzit ölkə olaraq əlimizdən gələni edirik”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib. Ərdoğan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən danışıb.
“İndi sırada TANAP kəməri var. Xəzər və Yaxın Şərq regionundan ölkəmizə və Avropaya qaz çatdıracaq. Bu layihənin əsas hissələrindən biri olan TANAP vasitəsilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qaz ixrac olunacaq. TANAP gələn ilin ortalarında istismara veriləcək. Gələcəkdə Xəzər, hətta Yaxın Şərq regionunun digər ölkələri də bu layihəyə qoşula bilər. Beləliklə, ölkəmizə və Avropaya əlavə həcmdə təbii qaz ixracı üçün imkanlar yaranır. TANAP-ın davamı olan TAP layihəsi isə 2020-ci ildə istismara veriləcək”.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin və “Cənub Qaz Dəhlizi”nin iştirakçısı olan digər ölkələrin siyasi iradəsi bu layihənin icrasında olduqca əhəmiyyətlidir:

““Şahdəniz-2” layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Türkiyə   Ərdoğan  





Xəbər lenti