Həbsdəki oğluna narkotik gətirən ana saxlanılıb

Həbsdəki oğluna narkotik gətirən ana saxlanılıb
  10 İyul 2017    Oxunub:1560
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.
Penitensiar Xidmətin Baş İdarəsinin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü, 66.5-ci, 66.3-cü, 204.1-ci və 67.1-ci maddəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tağıyev Elçin Nurəddin oğlu ilə uzunmüddətli görüşə gəlmiş anası Ucar şəhər sakini Tağıyeva Lalə Ata qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman əl çantasının cibinin astarında xüsusi üsulla gizlədilmiş 6.144 qram marixuana və 0,218 qram heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Qaradağ Rayon Polis İdarəsinə göndərilib.

AzVision.az


Teqlər: Həbsxana   Narkotik   Penitensiar-Xidmət  





Xəbər lenti