Nazirlik istehlakçılara xəbərdarlıq edib

Nazirlik istehlakçılara xəbərdarlıq edib
  10 İyul 2017    Oxunub:1717
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara müraciət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, yay mövsümünün başlaması və havaların qızması ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir:

"Belə ki, saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya açıq havada günəş altında saxlanılması ərzaq məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Odur ki, ərzaq malları alarkən onların saxlanma şəraitinin məhsulun etiketində göstərilmiş məlumatlara uyğunluğuna, günəş şüalarının birbaşa təsirindən qorunmasına, ticarət obyektinin təmiz və yaxşı havalandırılan olmasına diqqət edin".

Məlumatda deyilir ki, bu tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinin. İstehlakçılardan ərzaq mallarının satışı zamanı qeyd olunan tələblərə əməl olunmaması halları ilə rastlaşdıqda 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və “Facebook” səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər: Nazirlik   Xəbərdarlıq   Sahibkar  





Xəbər lenti