Rusiyadan Azərbaycana yeni döyüş texnikası gətirildi – VİDEO

Rusiyadan Azərbaycana yeni döyüş texnikası gətirildi – VİDEO
  10 İyul 2017    Oxunub:6030
Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Azərbaycana çatdırılıb.

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.





Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti