"Qarabağ"ın oyununa 10 minə yaxın bilet satılıb

"Qarabağ"ın oyununa 10 minə yaxın bilet satılıb
  10 İyul 2017    Oxunub:1493
Sabah keçiriləcək "Qarabağ" - “Samtredia” oyununa 10 minə yaxın bilet satılıb.
Bu barədə AzVision.az-a "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Klub rəsmisi bildirib ki, hazırda bilet satışı davam edir, bu rəqəmlərin artacağı istsna edilmir.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayacaq "Qarabağ" sabah Gürcüstanın “Samtredia” klubu ilə üz-üzə gələcək. Oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Çempionlar Liqası II təsnifat mərhələsi, ilk oyun

11 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Anar Kəlbiyev
AzVision.az


Teqlər: "Qarabağ"   Çempionlar-Liqası  





Xəbər lenti