“Qardaşlığımız güclənərək davam edəcək” - Ərdoğan Əliyevlə fotosunu paylaşdı

“Qardaşlığımız güclənərək davam edəcək” - Ərdoğan Əliyevlə fotosunu paylaşdı
  10 İyul 2017    Oxunub:6604
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edib. Ölkə başçısı səfər zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb, birgə şam ediblər.
AzVision.az-ın məlumatına görə, prezidentlərin görüşü 1 saat 45 dəqiqə davam edib.

Ərdoğan İlham Əliyevlə birgə çəkilən fotosunu "Twitter" səhifəsində paylaşaraq görüş zamanı ikili münasibətləri və regional məsələləri müzakirə etdiklərini qeyd edib.



“Cənab Əliyevlə İstanbulda ikilimünasibətləri və regional məsələləri müzakirə etdik. Qardaşlığımız güclənərək davam edəcək”.

Kənan Məmmədov
AzVision.az



Teqlər: İlham-Əliyev   Prezident   Ərdoğan   Türkiyə  





Xəbər lenti