Bu rayonlarda 3 gün qaz olmayacaq

Bu rayonlarda 3 gün qaz olmayacaq
  10 İyul 2017    Oxunub:1859
Bu gündən iyulun 12-nə qədər Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
Bu barədə AzVision.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyət diametri 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin 323 və 340-cı kilometrlərində aparılan təmir işləri ilə əlaqədardır.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

AzVision.az


Teqlər: SOCAR   Azəriqaz  





Xəbər lenti