ABŞ-da silahlı insident olub - Ölən və yaralılar var

ABŞ-da silahlı insident olub - Ölən və yaralılar var
  10 İyul 2017    Oxunub:872
ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərində atışma baş verib.
AzVision.az “RT”-yə istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Həlak olan şəxsin qadın, yaralılardan üçünün isə uşaq olduğu bildirilir. İnsident mərasim zamanı baş verib.

Polis faktlarla bağlı araşdırmalara başlayıb. Cinayətin motivləri açıqlanmır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Atışma   İnsident  





Xəbər lenti