Ermənilərdən daha bir təxribat - 45 hektar taxıl sahəsi külə döndü

Ermənilərdən daha bir təxribat - 45 hektar taxıl sahəsi külə döndü
  09 İyul 2017    Oxunub:9936
Ermənistan silahlı qüvvələrinin bölmələri yandırıcı güllələrdən istifadə edərək cəbhə bölgəsində biçilməmiş taxıl zəmisinə od vurublar.
Düşmən ordusu hərbçilərinin atəş açması nəticəsində Xocavənd rayonunda 45 hektar taxıl sahəsi yanaraq kül olub.

Yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Ağburun adlanan ərazisində baş verib. Biçilməmiş sahədə yanğın qısa zamanda genişlənərək 100 tona yaxın buğdanı məhv edib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirlyinin bir neçə rayonunun yanğınsöndürənləri cəlb edilib. Alovun qarşısı alınaraq digər zəmilərə keçməsinin qarşısı alınıb. (Report.az)

AzVision.az


Teqlər: Yanğın   Cəbhə   Təxribat  





Xəbər lenti