Türkiyədə iki əsgər şəhid olub

Türkiyədə iki əsgər şəhid olub
  09 İyul 2017    Oxunub:2453
Türkiyənin Bitlis rayonunun Hizan qəsəbəsində PKK terrorçularının yola basdırdıqları partlayıcı qurğu hərbi maşın keçən zaman partladılıb.
AzVision.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Hizran-Tatvan yolunda baş verən partlayış nəticəsində 2 əsgər şəhid olub, 1 mülki şəxs yaralanıb.

Bölgədə geniş miqyaslı antiterror əməliyyatı başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   PKK   Şəhid  





Xəbər lenti