20 yaşlı gəncin faciəvi sonu - Yenilənib

20 yaşlı gəncin faciəvi sonu - Yenilənib
  09 İyul 2017    Oxunub:1379
Bu gün Arazda batan 20 yaşlı gəncin meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonunun, Nərimankənd kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 130 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1997-ci il təvəllüdlü, Allahyarov Gülmusa Şahin oğlunun cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:15-də başa çatıb.

***

Araz çayında 1 nəfər batıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Araz   Çay  





Xəbər lenti