Türkiyənin bir qrup zabit heyəti Gəncədə olub

Türkiyənin bir qrup zabit heyəti Gəncədə olub
  08 İyul 2017    Oxunub:1358
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Gəncə şəhərində olub.
Hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Proqrama uyğun olaraq qonaqlar ümummilli liderimiz Heydər Əliyev adına park-kompleksdəki Mərkəzdə Ulu Öndərin böyük dövlətçilik fəaliyyəti, həyat yolu haqqında məlumatlar əldə edib, əlaqələrimizin inkişaf etdirilməsində dahi şəxsiyyətin misilsiz xidmətləri diqqətə çatdırılıb.

Qonaqlar Gəncə şəhərinin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənəti haqqında məlumatlandırılıb, Xan Bağını, Şah Abbas məscidini, Tarix Diyarşünaslıq muzeyini, Nizami Gəncəvinin məqbərəsini və digər yerləri ziyarət edərək mədəniyyətimizlə yaxından tanış olublar.

Göygöl rayonuna gələn qonaqlar Dövlət Təbiət Qoruğunu və Milli Parkı gəzib, Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı və Xalq artisti Azərinin iştirakı ilə keçirilən konsert proqramında iştirak ediblər.

Türkiyəli qonaqların ölkəmizə səfəri davam edir.


Teqlər: Müdafiə-Nazirliyi   Gəncə  





Xəbər lenti