İstanbulda Alxanlı faciəsi ilə bağlı etiraz yürüşü keçirilib - FOTO
İSTAD sədri Səfər Qaraqoyunlu çıxışında Ermənistanı və bu qaragüruha dəstək olanları şiddətlə qınadığını bildirib. O qeyd edib ki, daha böyük faciələrin yaşanmaması üçün Ermənistana qarşı beynəlxalq birlik tərəfindən sanksiyalar tətbiq olunmalıdır:
“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ermənistan bölgədə sülh və sabitliyin bərqərar olmasını istəyirsə, öz ordusunu qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmalıdır”.
Qeyd edək ki, yürüş Türkiyə KİV-də işıqlandırılıb.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.
AzVision.az
Teqlər: Türkiyəı İstanbul Alxanlı Etiraz