“Green House”-dakı hadisə ilə bağlı cinayət işi açılıb

“Green House”-dakı hadisə ilə bağlı cinayət işi açılıb
  08 İyul 2017    Oxunub:4162
İsmayıllı rayonundakı “Green House” istirahət mərkəzində iki nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzVision.az-a bildirib ki, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, iyulun 7-də İsmayıllı rayonunda yerləşən “Green House” istirahət mərkəzində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.

AzVision.az


Teqlər: Baş-Prokurorluq   Cinayət  





Xəbər lenti