Yaralı erməni hərbçilərdən ikisinin vəziyyəti ağırdır

Yaralı erməni hərbçilərdən ikisinin vəziyyəti ağırdır
  08 İyul 2017    Oxunub:4689
Ötən gün Azərbaycan Ordusunun cavab zərbələri nəticəsində yaralanan 3 erməni hərbçidən ikisinin vəziyyəti ağırdır.

AzVision.az xəbər verir ki, bu barədə Tert.am-a Xankəndi hərbi hospitalından bildiriblər: "Başından yaralanan hərbçi Robert Novruz Qasparyanın (1969-cu il) vəziyyəti kritik ağır olaraq qalır".
İkinci erməni hərbçinin vəziyyəti də ağır olaraq qiymətləndirilir. "Tənəffüs cihazına bağlanan 3-cü hərbçinin vəziyyətində heç bir dəyişiklik yoxdur. O, ayaq nahiyyəsindən yaralanıb".

Xatırladaq ki, dünən Azərbaycan ordusunun cavab zərbələri nəticəsində 3 erməni hərbçi - Robert Novruz Qasparyan (1969-cu il), Hambardzum Karapet Harutyunyan (1997-ci il) və Vahe Qaqik Bağdalyan (1998-ci il) yaralanıb. Düşmən tərəfi çox saylı itkilər versə də, bunu gizlətməyə çalışır.

Şahin Qocayev
AzVision.az


Teqlər: Qarabağ   Təxribat   Erməni   Cəbhə  





Xəbər lenti