Avtobusdan 12 min siqaret tapılıb

Avtobusdan 12 min siqaret tapılıb
  07 İyul 2017    Oxunub:1488
Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Astara Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev Famil Fəzail oğlunun etibarnamə ilə idarə etdiyi "İkarus" markalı, 07-BB-967 dövlət nömrə nişanlı sərnişin avtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.
DGK-nın Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı, Bakı şəhərinə aparılması üçün Azərbaycan vətəndaşı Bayramov Vüsal Şamil oğluna təhvil verilib, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilmiş və üzərində aksiz markası olmayan 12000 ədəd xarici markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Siqaret  





Xəbər lenti