İrəvan sakinləri Sarkisyan haqqında: “O, cinayətkardır...” (VİDEO)

17:32   07 İyul 2017    Oxunub: 7529

Ermənistanın paytaxtı İrəvanda prezident Serj Sarkisyanın fəaliyyəti ilə bağlı sorğu keçirilib.

AzVision.az xəbər verir ki, Alxanlı hadisələrindən sonra keçirilən sorğuda iştirak edən paytaxt sakinləri Sarkisyan haqqında mənfi fikirlər səsləndiriblər:

“Sarkisyanın fəaliyyətini bəyənmirəm. Çünki hamı ölkəni tərk edir, ölkədə adam qalmayıb. Burada iş yoxdur”.

“Hesab edirəm ki, Sarkisyan vətən xainidir. O, cinayətkardır”.

"Mən onun erməni olduğunu düşünmürəm. O, millətin üz qarasıdır"

"Onun haqqında müsbət heç nə deyə bilmərik. Seçkiləri saxtalaşdırıb, qeyri-legitim prezidentdir. Biz onu daha görmək istəmirik".



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Ermənistan   İrəvan   Sarkisyan    




Rubrikanın digər yazıları