Alxanlıda yaralanan qadının vəziyyəti stabildir

Alxanlıda yaralanan qadının vəziyyəti stabildir
  07 İyul 2017    Oxunub:1551
İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Səlminaz Quliyeva Horadiz şəhər Xəstəxanasına köçürülüb.
Bu barədə AzVision.az-a Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib. O qeyd edib ki, S.Quliyevanın vəziyyəti stabildir və müalicəsi davam edir: "Xəstə mülaicələrini davam etdirir və nəzarətdə saxlanılır. Yaxın günlərdə evə buraxılması gözlənilmir. Yəqin ki, 4-5 gündən sonra xəstə evə buraxılacaq".

Qeyd edək ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib. Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Alxanlı   Füzuli  





Xəbər lenti