Məmmədyarov səfiri qəbul edib

Məmmədyarov səfiri qəbul edib
  07 İyul 2017    Oxunub:1052
Xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Aycigit Buranovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səfir Aycigit Buranov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Aycigit Buranova gələcək fəaliyyətində uğurlar arzu edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN  





Xəbər lenti