Pakistan XİN Alxanlıdakı erməni təxribatını pislədi

Pakistan XİN Alxanlıdakı erməni təxribatını pislədi
  07 İyul 2017    Oxunub:2594
Pakistanın Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanı və nənəsini vəhşicəsinə qətlə yetirməsi ilə bağlı bəyanat yayıb.
AzVision.az Pakistan XİN-in saytına istinadən xəbər verir ki, yayılan məlumatda 2 yaşlı qızın ölümünə səbəb olan və dinc əhaliyə qarşı yönələn hücum qəti şəkildə pislənilib.

"Biz Azərbaycan xalqının hisslərini anlayırıq. Çünki bu cür hadisələr hər gün Kəşmir bölgəsində, Hindistan ordusu ilə təmas xəttində müşahidə edilir. Bu bölgədə həmçinin körpələr daxil olmaqla, günahsız insanlar qətlə yetirilir, dinc əhalinin əmlakı məhv edilir", - məlumatda qeyd edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Pakistan   XİN   Alxanlı   Füzuli   Ermənistan   Təxribat  





Xəbər lenti