"Zəhranın qatilləri mühakimə olunsun! - Xarici tələbələrdən müraciət

"Zəhranın qatilləri mühakimə olunsun! - Xarici tələbələrdən müraciət
  07 İyul 2017    Oxunub:2048
Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı müraciət yayıblar.
AzVision.az xəbər verir ki, müraciətdə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbənin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi və Sərvinaz Quliyevanın yaralanması ilə nəticələnən hadisədən çox sarsıldığı qeyd edilib.

“Xüsusən 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi insanlığın faciəvi dramıdır. Bu hadisə bizə 3 ay bundan öncə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfərimiz zamanı vaxtı ilə orada dağılmış evləri, həyət-bacaya səpələnmiş uşaq oyuncaqlarını görərkən keçirdiyimiz hissləri bir daha yaşatdı.

Eyni zamanda kəndin yenidən bərpa olunaraq mülki əhalinin yaşaması üçün hər cür şəraitin yaradılması bizdə sülhə, dinc birgə yaşayışa inam hissi yaratmışdı. Bu inam Cocuq Mərcanlıda bünövrəsi qoyulan yaşayış evləri, məktəb binası ilə tanış olarkən daha da möhkəmlənmişdi.

Ancaq təəssüf edirik ki, dünyanın ən möhtəşəm himni olan körpə qığıltısını Alxanlı kəndində atəş saçan silahların səsi susdurdu, dünyanın ən böyük sevincini bizə bəxş edən məsum uşaq təbəssümünü insanı sarsıdan tablo əvəz etdi. 2 yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək.

Biz Zəhranı qətl edənlərin tezliklə mühakimə olunmasını istəyirik”.

Dettmann Tim Ferdinand Almaniya, Azərbaycan Dövlət İqtisad Universiteti
Cahanger S.M. Rashed Banqladeş, Azərbaycan Dövlət İqtisad Universiteti
Fayehun Tomiva Samuel Nigeriya, Azərbaycan Dövlət İqtisad Universiteti
Ebrima Gomez Qambiya, Azərbaycan Dövlət İqtisad Universiteti
Shmidt Janna Alibekovna Qırğızstan, Azərbaycan Dövlət İqtisad Universiteti
Tinodashe Shoho Garreth Zimbabve, Azərbaycan Dövlət İqtisad Universiteti

Hakimova Parvina Hakimcan Tacikistan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Akar Sinan Can Mehmet Türkiyə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Max Elmar Ali-zade Böyük Britaniya, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Ying Ding Çin, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Guoqing Zhang Çin, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
İbrahim Halil Yentur Ahmet Türkiyə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Elina Mourantova Yunanıstan, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Kanu Abass Bomboli Syerra Leone, Azərbaycan Memarlıq və İnşaat Universiteti
Belorus Tatyana İvanovna Ukrayna, Azərbaycan Memarlıq və İnşaat Universiteti

Bhatti Muhammad N.Pakistan, Azərbaycan Texniki Universiteti
K.M Mamun Banqladeş, Azərbaycan Texniki Universiteti

Mahmood Athar Azhar Pakistan, Bakı Dövlət Universiteti
Stiniguta-Laslo Ella Petruta Rumıniya, Bakı Dövlət Universiteti

Aytən Zəhra
AzVision.az


Teqlər: Alxanlı   Füzuli   Təxribat  





Xəbər lenti