Erməni hərbçilər qəzaya düşüb - Yaralılar var (Fotolar)

Erməni hərbçilər qəzaya düşüb - Yaralılar var (Fotolar)
  07 İyul 2017    Oxunub:14792
Bu gün səhər saatlarında Vanadzor-Dilican magistralının 22-ci kilometrliyində Ermənistanın Müdafiə Nazirliyinə məxsus "Kamaz" markalı yüş maşını aşıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 erməni həbçisi xəsarət alıb. Onlar Vanadzor hərbi hospitalına yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.



Xatırladaq ki, Ermənistanın Müdafiə Nazirliyi cəbhə xəttində baş verən hadisələrdə yaralan və məhv edilən hərbçilər haqqında məlumatları gizlədir. Qəza və ya intihar hadisələri kimi mətbuata fərqli şəkildə təqdim edilən məlumatlar ictimaiyyəti çaşdırmağa hesablanıb.








Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Hərbçi   Qəza  





Xəbər lenti