Azərbaycanlılar Berlində etiraz aksiyası keçirəcək

Azərbaycanlılar Berlində etiraz aksiyası keçirəcək
  07 İyul 2017    Oxunub:1152
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Quliyeva və ikiyaşlı nəvəsi Zəhranın həlak olmalarına, Sərvinaz Quliyevanın isə yaralanmasına etiraz olaraq Almaniyada yaşayan soydaşlarımız Berlində aksiya keçirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, aksiya iyulun 8-də saat 14.00-da Berlində, Brandenburq qapılarının qarşısında təşkil ediləcək. Mitinqdə Berlində və digər şəhərlərdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının təmsilçilərinin, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşiliklərinə yönəltmək məqsədilə müxtəlif şüarlar səsləndirəcək, sonda Almaniyanın rəsmi qurumlarına müraciət qəbul edəcəklər.

Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və “Odlar Yurdu” cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək.

AzVision.az


Teqlər: Almaniya   Berlin   Etiraz   Alxanlı  





Xəbər lenti