Ermənilərin yaraladığı qadınla bağlı yeni məlumat

Ermənilərin yaraladığı qadınla bağlı yeni məlumat
  07 İyul 2017    Oxunub:2416
İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın yerləşdiyi hərbi hospitaldan mülki xəstəxanaya köçürülməsi hələlik təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə “Trend”ə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

Onun sözlərinə görə, hazırda S.Quliyevanın vəziyyəti stabildir və müalicəsi davam edir:

"Buna baxmayaraq, xəstə hərbi hospitaldan köçürülərsə, o zaman onun səhhətində əlavə problemlər yarana bilər. Xəstəxanaya gedən yol təmir olunduğundan daşınma zamanı xəstədə qanaxma yarana bilər. Bunu nəzərə alaraq, onun köçürülməsini ləngidirik. Yəqin ki, iki gündən sonra xəstəni Füzuli Rayon Mərkəzi Xəstəxanasına köçürəcəyik".


Teqlər: Alxanlı   Füzuli   Təxribat   Xəstəxana  





Xəbər lenti