"Neftçi"də struktur dəyişikliyi edilib

"Neftçi"də struktur dəyişikliyi edilib
  07 İyul 2017    Oxunub:1864
"Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.
Klubun rəsmi saytında yerləşdirilmiş məlumata görə, təsisçinin qərarı ilə "icraçı direktor” vəzifəsi ləğv edilib, "prezident” və "vitse-prezident” vəzifələri təsis edilib.

"Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.

Xatırladaq ki, Müşahidə Şurasının sədri məşhur yazıçı Çingiz Abdullayevdir.

AzVision.az


Teqlər: Neftçi  





Xəbər lenti