Növbəti etiraz aksiyası Berlində olacaq

Növbəti etiraz aksiyası Berlində olacaq
  06 İyul 2017    Oxunub:975
Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatı nəticəsində dinc sakinlər Sahibə Quliyev və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanmasına etiraz olaraq Almaniyada yaşayan soydaşlarımız Berlində aksiya keçirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, aksiya iyulun 8-də saat 14.00-da Berlində, Brandenburq qapılarının qarşısında baş tutacaq.

Mitinqdə Berlində və digər şəhərlərdə yaşayan soydaşlarımız, diaspor təşkilatlarının təmsilçiləri, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşilikləriniə yönəlmək məqsədilə müxtəlif şüarlar səsləndirəcək, sonda Almaniyanın rəsmi qurumlarına müraciət qəbul edəcəklər.

Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Berlin   Alxanlı   Ermənistan   Etiraz  





Xəbər lenti