Məmmədyarov səfiri qəbul edib

Məmmədyarov səfiri qəbul edib
  06 İyul 2017    Oxunub:1024
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İtaliya səfiri Giampaolo Kutillonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən AzVision.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.

Səfir Giampaolo Kutillo diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Giampaolo Kutilloya gələcək fəaliyyətində uğurlar arzu edib.

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti