Zəhranın həlak olduğu yerə baxış keçirilib - FOTOLAR

Zəhranın həlak olduğu yerə baxış keçirilib - FOTOLAR
  06 İyul 2017    Oxunub:2128
Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə baxış keçiriblər.
AzVision.az xəbər verir ki, hərb attaşelər bir qədər əvvəl isə Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət ediblər.

Qeyd edək ki, səfər Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edir. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin diplomatı iştirak edirlər.









Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Alxanlı   Zəhra   Təxribat   KİV   Attaşe  





Xəbər lenti