"Fransa Ermənistana təzyiq göstərməlidir" - Paris Azərbaycan evi

"Fransa Ermənistana təzyiq göstərməlidir" - Paris Azərbaycan evi
  06 İyul 2017    Oxunub:1481
Paris Azərbaycan evi Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatla əlaqədar bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Bəyanatda Fransada yaşayan azərbaycanlılar adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi aktı qəti şəkildə pislənilib, həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verilib.

Bəyanatda həmçinin Ermənistan dövlətinin ötən əsrin sonlarına doğru Azərbaycan xalqına qarşı törətdiyi təcavüz aktları qeyd edilib və bildirilib ki, 1 milyondan çox Azərbaycan əhalisi öz ölkəsində məcburi köçkün kimi yaşayır.

“Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən qınanılsa da Ermənistan dövləti beynəlxalq təşkilatların çağırış və qərarlarına laqeyd yanaşır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Azərbaycan ərazilərinini dərhal azad edilməsini və məcburi köçkünlərin öz ölkələrinə qaytarılmasını tələb etsə də bu qətnamələr hələ hələ də yerinə yetirilməmiş qalır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yerləşdirilməsi münaqişə zonasında vəziyyətin pisləşməsinin, baş verən hadisələrin əsas səbəbidir və münaqişənin siyasi həllinə mane olur. Hər bir azərbaycanlı məcburi köçkünün arzusu öz vətəninə qayıtmaqdır, bu işğal davam edə bilməz”- deyə bəyanatda vurğulanır.

Paris Azərbaycan Evi Fransadakı azərbaycanlılar adından ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanı və bütün dünya icitmaiyyətini Azərbaycanın ərazi bötövlüyünün bərpası üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

AzVision.az


Teqlər: Paris-Azərbaycan-evi   Alxanlı   Zəhra   Təxribat  





Xəbər lenti