Sərhəddə iki qaçaqmalçı tutulub

Sərhəddə iki qaçaqmalçı tutulub
  06 İyul 2017    Oxunub:2279
Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi, mütəşəkkil cinayətkar qrupların dövlət sərhədindən qaçaqmalçılığının qarşısının alınması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
DSX-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi üzrə görülən tədbirlər nəticəsində növbəti dəfə külli miqdarda qaçaqmalın ölkəmizə gətirilməsinin qarşısı alınıb.



Belə ki, 04.07.2017-ci il tarixdə saat 01:00 radələrində Yardımlı rayonunun Abbaslı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədi istiqamətində hərəkət edən 3 nəfər aşkar edilib: “Sərhəd naryadının təlimata uyğun və çevik hərəkətləri nəticəsində “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq hadisə yerində qaçmağa cəhd göstərən Yardımlı rayon sakinləri 1994-cü il təvəllüdlü İmanov Elnur Rəhman oğlu və 1995-ci il təvəllüdlü Əsmənov Sarvan Arif oğlu saxlanılıb. Sərhəd pozucularından bir nəfəri havanın qaranlıq olmasından və ərazinin mürəkkəb relyef xüsusiyyətlərindən istifadə edərək geriyə qaçmağa müəffəq olub”.



Bildirilib ki, əraziyə baxış keçirilərkən Azərbaycan Respublikasına gətirilməsi üçün İran İslam Respublikası ilə dövlət sərhədində gizlədilmiş 5550 qutu müxtəlif markalı siqaretlər aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: DSX   Qaçaqmalçı  





Xəbər lenti