Bu gün 5 ailə Cocuq Mərcanlıya köçürüləcək

Bu gün 5 ailə Cocuq Mərcanlıya köçürüləcək
  06 İyul 2017    Oxunub:2351
Bu gün Cocuq Mərcanlıda salınmış yeni qəsəbəyə daha 5 ailə köçürüləcək.

Bu barədə AzVision.az-a Cocuq Mərcanlı kəndinin icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.
O, bildirib ki, Ceyranbatan ərazisində məskunlaşmış ailələr bu gün doğma yurdlarına qayıdacaqlar.

“Hazırda Ceyranbatan qəsəbəsindəyik. Yükləri maşınlara toplayıb, Cocuq Mərcanlıya yola düşəcəyik”- X.Zeynalov deyib.

Qeyd edək ki, ötən gün Cocuq Mərcanlı sakinlərinin köçürülməsinə başlanılıb. İlk mərhələdə 4 ailə doğma kəndinə qayıdıb.

Ümumilikdə isə yeni qəsəbəyə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Cocuq-Mərcanlı   Cəbrayıl  





Xəbər lenti