"Allah balaca Zəhraya rəhmət eləsin!" - Mehriban Əliyeva

"Allah balaca Zəhraya rəhmət eləsin!" - Mehriban Əliyeva
  06 İyul 2017    Oxunub:6497
"Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!"
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

AzVision.az


Teqlər: Mehriban-Əliyeva   Alxanlı  





Xəbər lenti