Klublarımız Avroliqada cavab oyununa çıxır

08:52   06 İyul 2017    Oxunub: 717

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

AzVision.az-ın məlumatına görə, Azərbaycan klubları "Zirə" və "İnter" cavab oyununa çıxacaq.

İlk oyunda Bakıda rəqibini 2:0 hesabı ilə məğlub edən "Zirə" klubu Lüksemburqda da üstünlüyünü qorumağa çalışacaq. “İnter”in növbəti mərhələyə keçmək şansı isə daha böyükdür. Belə ki, səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edən Bakı təmsilçisi ev oyununda da eyni nəticəni göstərmək üçün mübarizə aparacaq.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
6 iyul

21:00. “Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan)

21:00. “İnter” (Azərbaycan) – “Mladost” (Serbiya)


AzVision.az

Teqlər: Avropa-Liqası   "Zirə"   "İnter"  




Rubrikanın digər yazıları