"Mülki əhali qurban olmamalıdır" - Almaniyalı deputat

"Mülki əhali qurban olmamalıdır" - Almaniyalı deputat
  06 İyul 2017    Oxunub:1649
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Katrin Albsteiger bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır. Bu qətnamələrin yerinə yetirilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması zəruridir.
TEAS-dan AzVision.az-a verilən məlumat görə, almaniyalı deputat Katrin Albsteiger bildirib ki, Azərbaycan da daxil olmaqla hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır. Dövlətlərin ərazi bütövlüyünün qorunması bütün beynəlxalq ictimaiyyətin marağında olmalıdır. Qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququ var. Onların öz yurdlarına qayıdışı yalnız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının təmin edilməsi ilə mümkündür.

Avropa İttifaqı kimi Almaniya Federativ Respublikası da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Almaniya Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən zorakı toqquşmaları pisləyir, onların dərhal dayandırılmasını və atəşkəs razılaşmasına əməl olunmasını tələb edir. Mülki əhali zorakı toqquşmaların qurbanı olmamalıdır.

AzVision.az


Teqlər: Almaniya   Alxanlı   Deputat  





Xəbər lenti