Almaniyada Ermənistan səfirliyinin qarşısında aksiya keçiriləcək

Almaniyada Ermənistan səfirliyinin qarşısında aksiya keçiriləcək
  05 İyul 2017    Oxunub:5704
Ötən gün erməni təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyevanın həlak olmaı ilə əlaqədar Ermənistanın Berlindəki Səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Assambleyası Prezidenti Rəşad Quliyev məlumat verib.
O bildirib kli, bazar günü Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə saat 15:00-da işğalçı Ermənistanın Berlindəki səfirliyi önündə etiraz aksiyası təşkil edəcək.

“Bütün həmvətənlilərimizi bu aksiyada fəal iştirak etməyə dəvət edirəm. Zəhra üçün, işğalçılar tərəfindən öldürülmüş körpələr üçün gəlin etirazımızı hayqıraq”!

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: cəbhə   erməni-təxribatı   etiraz   Almaniya  





Xəbər lenti