Sülh Platforması erməni vandalizmi ilə bağlı bəyanat yaydı

Sülh Platforması erməni vandalizmi ilə bağlı bəyanat yaydı
  05 İyul 2017    Oxunub:1830
Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb.
Sülh Platformasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Sülh Platforması 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olmasından və 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızının isə yaralanmasından təəssüf hissi keçirir:

“Bu hadisələrin baş verməsi iki qonşu xalq arasında nifrətin dərinləşməsinə və düşmənçilik hisslərinin güclənməsinə səbəb olur. Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar prosesində kardinal irəliləyişlər olmadıqca, iki dövlət arasında dəhşətli fəsadlara gətirə biləcək müharibənin baş vermə ehtimalını getdikcə artır. Bunun qarşısını almaq üçün regionda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəyən qüvvələr, beynəlxalq təşkilatlar tez bir zamanda real addımların atılması üçün fəaliyyətə keçməlidir.

"Ermənistan-Azərbaycan Sülh Platforması" olaraq, bir daha cəbhə xəttindəki dəhşətli olayda həlak olan şəxslərin ailələrinə səbr diləyir, bir daha bu cür itkilərin olmaması ümidi ilə tez bir zamanda münaqişənin sülh yolu ilə həll olmasına üçün tərəfləri atəşkəsə riayət etməyə çağırırq”.

AzVision.az


Teqlər: Sülh-Platforması   Alxanlı   Cəbhə   Təxribat  





Xəbər lenti