Qətər ərəb ölkələrinin ultimatumuna cavab verdi

Qətər ərəb ölkələrinin ultimatumuna cavab verdi
  05 İyul 2017    Oxunub:1344
Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ bəyan edib ki, Qətər onların verdiyi ultimatuma cavab verib.
AzVision.az “AP”y-ə istinadən xəbər verir ki, ərəb ölkələri rəsmi Dohanın cavabına necə reaksiya veriləcəyi haqda açıqlama verməyib. Onların gələcəkdə hansı addımlar atacağı dəqiqləşdirilmir.

Qeyd edək ki, iyunun 3-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərə verdikləri ultimatumu 48 saat uzadıblar.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətləri kəsib. Buna səbəb Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və onun daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək göstərməsidir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qətər   Körfəz-böhranı  





Xəbər lenti