Alxanlıda son vəziyyət: Ermənilər 2 yaşlı Zəhranı və nənəsini öldürüb

Alxanlıda son vəziyyət: Ermənilər 2 yaşlı Zəhranı və nənəsini öldürüb
  05 İyul 2017    Oxunub:17398
Hazırda Füzulinin Alxanlı kəndində nisbi sakitlik hökm sürür.
Bu barədə AzVision.az-a Alxanlı bələdiyyəsinin sədri Balaxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri ağır artilleriyalardan istifadə etməklə Alxanlı kəndini aramsız atəşə tutub.

“2 yaşlı Zəhra anası və nənəsi ilə həyətdə olarkən ermənilər atəş açıb. Hadisə nəticəsində Zəhra və nənəsi Sahibə Quliyeva dünyasını dəyişib”.

Bələdiyyə sədrinin sözlərinə görə, ordumuzun cavab atəşi ilə düşmən tərəfi susdurulub: "Hazırda hamı evindədir. Atışma səngiyib".

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Füzuli   Alxanlı   Təxribat   Ermənistan  





Xəbər lenti