Azərbaycandakı məscidlərin sayı açıqlanıb

Azərbaycandakı məscidlərin sayı açıqlanıb
  05 İyul 2017    Oxunub:2505
Azərbaycanda 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə, 2246 məscid mövcuddur.
AzVision.az-ın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.

727 məscidin dini icması Dövlət Komitəsində dövlət qeydiyyatından keçib.

Qeyd olunub ki, 2017-ci ilin yanvar-iyun aylarında dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 767-yə çatdırılıb, o cümlədən 10 “İslam Kolleci” Dövlət Komitəsində qeydiyyata alınıb.

İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 739-u İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

AzVision.az


Teqlər: Məscid   Dini-komitə  





Xəbər lenti