DİN-nin yeni tibbi mərkəzinin açılışı oldu

DİN-nin yeni tibbi mərkəzinin açılışı oldu
  04 İyul 2017    Oxunub:2424
DİN Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının Hemodializ şöbəsinin və DİN Tibb İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin açılışı olub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev iştirak edib.

DİN Maddi-Texniki Baş İdarəsinin rəisi, general-mayor Elçin Həsənov və Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov Hemodializ şöbəsinin qeydiyyat sektoru, hemodializ zalı, palata, əməliyyat və tibbi personal üçün ayrılmış otaqlar haqqında məlumat verərək bildiriblər ki, bura beynəlxalq standartlara cavab verən ən müasir texnika, avadanlıq və hermetik qapılarla təchiz olunub.

Gigiyena və Epidemologiya Mərkəzində analizlərin yığılması və qəbulu otaqları, həmçinin bakterioloji laboratoriyaya baxış keçirilib. Bildirilib ki, laboratoriya ən müasir tibbi avadanlıqlarla təchiz edilib.

Mərkəzlə tanışlıq zamanı bildirilib ki, yeni mərkəzin fəaliyyətə başlaması ilə burada bütün növ analizlərin həyata keçirilməsi mümkün olacaq və xəstələrin xarici ölkələrə göndərilməsinə ehtiyac qalmayacaq.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti