Əməkdar artist vəfat edib

Əməkdar artist vəfat edib
  04 İyul 2017    Oxunub:2547
Əməkdar artist Telman Əliyev vəfat edib.
AzVision.az xəbər verir ki, aktyor bu gün ürək çatışmazlığından dünyasını dəyişib. Aktyorun oğlu Vüqar Əliyev məlumatı təsdiqləyib.

Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.

“Bir aktyorun teatrı” (Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarında, "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərində çəkilib.

AzVision.az



Teqlər: Aktyor   Telman-Əliyev   Əməkdar-artist  





Xəbər lenti