“Tramp dünyaya fəlakət gətirəcək” - Məşhur alimdən sensasion iddia

“Tramp dünyaya fəlakət gətirəcək” - Məşhur alimdən sensasion iddia
  03 İyul 2017    Oxunub:8777
ABŞ prezidenti Donald Trampın ölkəsinin Paris iqlim sazişindən çıxması barədə qərarı dünyaya ciddi zərər verəcək.
AzVision.az xəbər verir ki, bunu dünyaca məşhur fizik Stefan Havking “BBC”-yə müsahibəsində deyib. Onun sözlərinə görə, bu addım dünyanı Venera kimi isti planetə çevirəcək.

“Trampın qərarı dünyanı 250 dərəcə temperatur olan, sulfat turşusu yağan Veneranın səviyyəsinə gətirib çıxara bilər. İqlim dəyişikliyi qarşılaşdığımız ən böyük təhlükələrdən biridir. Əgər indi müvafiq addımlar atılmasa, gələcək sual altında qalacaq. Tramp son qərarı ilə gözəl planetimizi qarşısı alınmaz ekoloji fəlakətə sürükləyəcək. Bunula da bizim və uşaqlarımızın həyatı təhlükə altında qalacaq”- məşhur fizik deyib.

AzVision.az



Teqlər: Donald-Tramp   ABŞ   Venera  





Xəbər lenti