Səudiyyə kralı Putin və Trampla görüşdən imtina etdi

Səudiyyə kralı Putin və Trampla görüşdən imtina etdi
  03 İyul 2017    Oxunub:1686
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əs-Səud G-20 sammitinə qatılmaqdan imtina edib. AzVision.az xəbər verir ki, bu barədə “The Daily Sabah” nəşri Ərəbistanın diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, kral bu qərarı Qətərlə yaşanan böhrana görə qəbul edib. Bildirilib ki, Salmanın əvəzinə sammitə Səudiyyə Ərəbistanın maliyyə naziri Məhəmməd əl-Cadan qatılacaq.

Kral Salmanla yanaşı adı korrupsiya qalmaqalında hallanan Braziliya prezidenti Mişel Temer də “Böyük iyirmiliyin” (G20) sammitində iştirak etməyəcək.

Xatırladaq ki, “G-20” sammiti 7-8 iyul tarixində Almaniyanın Hamburq şəhərində keçiriləcək. Sammitdə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin də iştirak edəcək.

Sammit çərçivəsində Kral Salmanın Tramp və Putinlə görüşəcəyi istisna edilmirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kral   G-20   Səudiyyə-Ərəbistanı  





Xəbər lenti