"Toğrul Əsgərov zənglərimizə cavab vermir" - Vitse-prezident

14:31   03 İyul 2017    Oxunub: 4345

“Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü, olimpiya çempionu Toğrul Əsgərovun komandamızda qalıb-qalmayacağı haqda yekun qərar qəbul edilməyib”.

Bunu AzVision.az-a Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov deyib.

O, olimpiya çempionu ilə əlaqə saxlamaya çalışsa da, alınmadığını bildirib: “Toğrul burada yoxdur, onun yerinə qərar verə bilmərik. Özü gəlib, bununla bağlı açıqlama verməlidir. Kimsə onun yerinə danışa bilməz. Mən ona bir neçə dəfə zəng etdim, cavab vermədi. Toğrulla əlaqə saxlaya bilmirik. İstanbulda olduğunu deyirlər”.

Qeyd edək ki, bir neçə gün öncə sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərovun Azərbaycan yığmasından imtina edərək Türkmənistan millisinin heyətində çıxış edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Aytən Zəhra
AzVision.az

Teqlər: Güləş-Federasiyası   Toğrul-Əsgərov    




Rubrikanın digər yazıları