Malili hücumçu "Qəbələ"də

Malili hücumçu "Qəbələ"də
  03 İyul 2017    Oxunub:1726
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan “qırmızı-qaralar” hücum xəttini legionerlə gücləndirib. Belə ki, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “qırmızı-qara” forma geyinəcək.

1994-cü il mayın 3-də anadan olan afrikalı forvard karyerasına Fransada başlayıb. F.Kone 2012-2016-cı illərdə “Bastiya” klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə “Samsunspor”unun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb. 2016/17 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda “Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.

AzVision.az


Teqlər: "Qəbələ"   Futbol   Transfer  





Xəbər lenti