23 yaşlı oğlan Fransa prezidentini öldürmək istədi

23 yaşlı oğlan Fransa prezidentini öldürmək istədi
  03 İyul 2017    Oxunub:1774
Fransa prezidenti Emmanuel Makrona qarşı terror aktı törətməyi planlaşdıran milliyyətçi həbs edilib.

AzVision.az xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına əsasən, ultrasağ ideologiyanın daşıyıcısı olan şəxs oyun saytlarının birində iyulun 14-də Yelisey sarayında Bastiliya qalasının alınması münasibətilə keçiriləcək milli parada hücum etmək üçün avtomat almaq istədiyini yazıb. Məlum olub ki, həmin şəxs Makronu öldürməyi planlaşdıb.

Həbs edilən 23 yaşlı oğlan işsizdir, Parisdə yaşayır. O, iyulun 1-də saxlanılan zaman polisə mətbəx bıçağı ilə müqavimət göstərib.

AzVision.az


Teqlər: Fransa   Terror   Makron  





Xəbər lenti