Azərbaycanın xalq artisti vəfat edib

Azərbaycanın xalq artisti vəfat edib
  03 İyul 2017    Oxunub:2860
Azərbaycan Xoreoqrafiyasının korifey sənətkarı, xalq artisti Xumar Zülfüqarova vəfat edib.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Rəqs Assosiasiyasının “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, X.Zülfüqarova 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib.

1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər: Baletmeyster   Xumar-Zülfüqarova   Xalq-artisti  





Xəbər lenti