Lənkəranda toyda həkimi döydülər

Lənkəranda toyda həkimi döydülər
  03 İyul 2017    Oxunub:1852
Lənkəranda Təcili Tibbi Yardım Stansiyasının həkimi döyülüb.
Hadisə Lənkərandakı şadlıq saraylarının birində qeydə alınıb. Toyda qonaq qismində iştirak edən bir qadının qəfildən halı pisləşib. Ona yardım etmək üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq Xeyransa adlı qadının həyatını xilas etmək mümkün olmayıb. Bundan qəzəblənən mərhumun yaxınları hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Vüsal Həsənovu döyüb, “təcili yardım” maşınına isə qismən ziyan vurublar.

Məlumata görə, həyatını itirən qadın ürək çatışmamazlığından əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır. (APA)

AzVision.az




Teqlər: Lənkəran   Toy   Həkim  





Xəbər lenti