Fransada məsciddən çıxan insanlar atəşə tutulub - 8 yaralı

Fransada məsciddən çıxan insanlar atəşə tutulub - 8 yaralı
  03 İyul 2017    Oxunub:1551
Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıblar.
AzVision.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb.

Yaralıların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə polis qüvvələri cəlb edilib.

Cinayəti törədənlərin yaxalanması istiqamətində tədbirlər görülür.

AzVision.az


Teqlər: Fransa   Məscid   Paris   Atışma  





Xəbər lenti